Səhiyyə Nazirliyindən MTRŞ-a müraciət daxil olmayıb

Səhiyyə Nazirliyindən MTRŞ-a müraciət daxil olmayıb
  04 İyul 2013    Oxunub:1080
“Təəssüf ki, Səhiyyə Nazirliyindən reklamına icazə verilməyən dərmanların siyahısı ilə bağlı bizə hər hansı müraciət daxil olmayıb”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli reklamına icazə verilməyən dərmanlardan danışarkən deyib.

MTRŞ sədri bildirib ki, şura özəl xəstəxanalar və dərmanlarla bağlı məsələni araşdıra bilməz: “Səhiyyə Nazirliyi bizə lisenziya verilmiş klinikaların siyahısını təqdim edərsə, bununla bağlı tədbir görə bilərik. Bütün reklamları araşdırmağa bizim imkanımız yoxdur”.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti