Distant təhsilə hazırıqmı?

 Distant təhsilə hazırıqmı?
  10 İyul 2013    Oxunub:2190
Ötən gün Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbulun 2015-ci ildən dayandırılacağını deyib. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq.

İllərdir Azərbaycanda mövcud olan qiyabi təhsil siteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və nəhayət ali təhsil müəsisələrimiz buna hazırdırlarmı ?

AzVision.az bununla bağlı mütəxəssislərin fikrini öyrənib.

Millət vəkili, milli məclisin Elm və Təhsil Komitəsinin üzvi Musa Qasımlı bildirib ki, qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir:

“Qiyabi təhsil sovet hakimiyyətinin ilk dövrlərindən başlayarq kadrlara olan ehtiyacı nəzərə alaraq tətbiq edilmişdi. O zaman qiyabi təhsil faydalı oldu. Qiyabi təhsillə yanaşı əyani və axşam təhsili də var idi. Lakin biz müstəqil olduqdan sonra axşam təhsili ləğv olundu. Onun səmərə vermədiyi bəlli oldu. Fikrimcə, qiyabi təhsil də artıq öz dövrünü başa vurub, səmərəli deyil. Ona görə də qabaqcıl ölkələrdə kimi, distant təhsilə keçilməsində fayda var.Bu gün qiyabi təhsil alanlar bu 5 il ərzində universitet auditoriyalarını heç 6 ay görmürlər, mühazirələri çox az dinləyirlər. Qiyabi təhsil alan tələbəyə, dərs deyən müəllimə və dövlət büdcəsinə artıq bu təhsilin bir fayadası yoxdur. Distant təhsildə isə tələbə universitetə gəlmədən məsafədən təhsil alır, proqramaları yerinə yetirir, kursdan -kursa keçir. Bu gün Azərbayacanda elə gənclər var ki, onlar ölkəmizdə yaşaya- yaşaya ABŞ, Böyük Britaniya, Almaniya və başqa ölkələrin universitetlərində distant təhsil alırlar və bitirdikdən sonra diplomlarını da qazanırlar. Hesab edirəm ki, bu təhsilə keçid üçün ictimai müzakirələr aparılmalı, mütəxəssislər öz fikirlərini söyləməlidirlər. Eyni zamanda distant təhsilin tətbiqi üçün maddi texniki, texnoloji baza hazırlanmalı, xırdalığına qədər bu sistemin tətbiq olunması üçün lazım olan məsələlər işlənməlidir. Mən distant təhsilə keçməyi faydalı hesab edirəm. Bu məsələdə kadrların yenidən hazırlığına diqqət artırılmalıdır. Distant təhsil bütün məsələləri ilə tam hazır vəziyyətə gətirilməlidir. Mən konkret olaraq metodiki- proqram təminatını, maddi texniki , texnoloji bazanı kadralar və maliiyə məsələsini nəzərdə tuturam. Bunlardan biri axsayarsa distant təhsil istənilən səmərəni verməyə bilər”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, distant təhsil sistemi faydalı olsa da ali təhsil müəssisələrinin əksəriyyəti bu prossesə hələ də hazır deyil.

“Mənə elə gəlir ki, bizim universitetlərin əksəriyyətində bununla bağlı vəziyyət ürəkaçan deyil. Düzdür Xəzər, İqtisad universitetlərində distant təhsil sistemi müəyyən qədər var, BDU-də buna oxşar mərkəz yaradılıb, Turizm İnstitunda müəyyən cəhdlər edib amma onların böyük əksəriyyətində distant təhsillə bağlı demək olar ki, hazırlıq səviyyəsi yoxdur. O ki, qaldı distant formada təhsilin əldə olunması bu müəyyən texnoloji infranstrukturun ,kadrların, elektron tədris vəsaitlərinin hazırlanmasını tələb edir.Bu 3 istiqamətdə ciddi iş aparılmalıdır.Distant təhsil üçün müəllim, professor heyətinin hazırlanmsı da asan məsələ deyil. Ona görə də sistemin təbiqi ilə bağlı qayadalar hazırlanmalı və orada qeyd olunmalıdır ki, hansısa təhsil müəssiəsi distant təhsil vermək istəyirsə gərək buna təhsil nazirliyi tərfindən icazə verilsin. İcazə verilməsi üçün də yaradılacaq qurum tərəfindənuniversitetlərdə müəyən bir monitorinq aparılmalıdr”.


Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti