"Azadlıq" qəzetinin çapı dayandırılacaq

 "Azadlıq" qəzetinin çapı dayandırılacaq
  11 İyul 2013    Oxunub:1339
Qəzetə verilən möhlət bu həftənin əvvəlində başa çatsa da, ağır maliyyə durumu ucbatından "Azadlıq" borcunu ödəyə bilməyib
AzVision.az xəbər verir ki, bu barədə "Azadlıq" qəzetinin saytında məlumat verilib.

"Bir müddət əvvəl oxucularımızı məlumatlandırmışdıq ki, Azərbaycan Nəşriyyatı "Azadlıq" qəzetinə böyük məbləğdə borcunun ödənilməsi üçün möhlət verib. Borc müəyyən müddətdə ödənilməyəcəyi təqdirdə, qəzetin çapının dayandırılacağı haqda xəbərdarlıq olunmuşdu. Verilən möhlət bu həftənin əvvəlində başa çatsa da, ağır maliyyə durumu ucbatından "Azadlıq" borcunu ödəyə bilməyib.

Belə bir vəziyyətin yaranmasının başlıca səbəbi isə ölkədə ən böyük mətbuat yayımı firması olan "Qasid"in "Azadlıq" qəzetinə satılmış nüsxələrə görə yığılan 40 min manatdan artıq borcunu ödəməkdən faktiki imtina etməsidir.

İki gün ərzində Azərbaycan Nəşriyyatının rəhbərliyilə aparılan danışıqlar nəticəsində qəzetə daha üç gün vaxt verilib. Bu müddətdə Nəşriyyata olan 20 min manatlıq borcun əhəmiyyətli hissəsi ödənilməsə, qəzetin çapının dayandırılması labüd olacaq"


Teqlər:





Xəbər lenti