İlin ilk yarısı rəqəmlərdə - STATİSTİKA

İlin ilk yarısı rəqəmlərdə - STATİSTİKA
  19 İyul 2013    Oxunub:1457
İqtisadiyyatımızın qeyri-neft sektoru bu ilin ilk yarısında 10,9 faiz artıb. Bu artım bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin edib. Makroiqtisadi dayanıqlığın digər göstəricilərindən biri olan inflyasiya ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil edib.

2012-ci ildə büdcə xərcləri 2011-ci illə müqayisədə 13,1 faiz, 2013-cü ildə isə 31,6 faiz artıb.

İlin ilk yarısında əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz olub. Ölkə üzrə orta aylıq əmək haqqı 6,8 faiz yüksələrək 408,8 manata çatıb.

2013-cü ilin birinci yarısında Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 11 milyard 257 milyon manat, xərcləri isə 9 milyard 818 manat və yaxud 2012-ci ilin eyni dövrünə nisbətən 1 milyard 765 milyon manat (21,9 faiz) çox icra olunub. Cari ilin 6 ayında dövlət büdcəsinin mədaxili 9 milyard 525 milyon manat və ya proqnoza nisbətdə 113,4 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz (1 milyard 391 milyon manat) çox olub. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4 faiz və ya 8 milyard 730 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 620 milyon manat və ya 22,8 faiz çox icra edilib.

Altı ay ərzində dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub.

2013-cü ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 3 milyard 449 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 935 milyon manat və ya 37,2 faiz çoxdur. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 730 milyon manat yönəldilib.


Teqlər:





Xəbər lenti