“1 manatlığın ləğv olunması müsbət haldır”
Onun sözlərinə görə, ödəniş sistemlərinin kart sisteminə keçirilməsi, kiçik nominallı pullara ehtiyacı azaldıb:
“Bu cür pulların dövriyyədən çıxarılması, müsbət hal kimi qiymətləndirilməlidir. Manatın sikkələrlə əvəz olunması, pulun keyfiyyətinin artmasına gətirib çıxaracaq”.
A.Hüseynovun sözlərinə görə, bir manatlığın dövriyyədən çıxarılması, iqtisadiyyatın inkişafı baxımından qlobal məsələyə çevrilməməlidir:
“Bu ölkədə aparılan pul-kredit sisteminin müəyyən bir tərkib hissəsi olaraq, bugünkü pul dövriyyəsinin tələblərinə uyğun şəkildə həyata keçirilən layihədir. Bunu belə qiymətləndirmək lazımdır”-deyə o əlavə edib.
Mirvari