Nabran istirahət mərkəzi bağlandı

Nabran istirahət mərkəzi bağlandı
  24 İyul 2013    Oxunub:5754
Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası hadisə yerinə ezam olunub.

AzVision.az Mədəniyət Və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə edilib.

Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verilib.

Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanıb və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilib.

Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaqdır.

Belə olan halda hətta müəssisənin fəaliyyətinə xitam da verilə bilər.
Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən "məxfi qonaq" sistemi üzrə həyata keçiriləcək.

Sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırırıq.

Mirvari


Teqlər:  





Xəbər lenti