Sabir Rüstəmxanlı Borçalıya gedir

Sabir Rüstəmxanlı Borçalıya gedir
  25 İyul 2013    Oxunub:1072
Millət vəkili Sabir Rüstəmxanlı Borçalıda keçirilən "Elat" tədbirinə qatılacaq.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı sabah Gürcüstana, Borçalı mahalına yola düşür. AzVision.az-a bu barədə Partiyanın mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, deputat Borçalı elində təşkil edilən Borçalı türklərinin "Elat" bayramında iştirak edəcək. Həmçinin səfər zamanı Borçalı ziyalıları ilə görüşlərdə nəzərdə tutulub. Eyni zamanda, millət vəkilinin Gürcüstan parlamentinin Azərbaycanlı deputatları, Borçalının bir sıra kəndində yerli sakinlərlə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, hər il Borçalı mahalında "Elat" tədbiri keçirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti