Əflatun Amaşov: “156-cı mənzil heç kimə verilməyib”

Əflatun Amaşov: “156-cı mənzil heç kimə verilməyib”
  25 İyul 2013    Oxunub:1247
“O xəbərləri yayanlar qara niyyət güdürlər”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər üçün tikilən binada boş qalan mənzilin Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya verilməsi xəbərini təkzib edib. AzVision.az-a açıqlamasında Amaşov bu xəbərləri yayanların qara niyyət güddüklərini bildirib.

“Gah dedilər ki, mənzil Əflatun Amaşova verilib, sonra dedilər Bəxtiyar Sadıqova, indi də xəbər yayılıb ki, Sona Vəliyevaya. Bu xəbərlər tamamilə əsassızdır. Həmin mənzil cənab Prezidentin səlahiyyətindədir. Kimə münasib bilsə, ona da verəcək”.

Qeyd edək ki, mətbuatda dərc olunan məlumatlara görə, 156-cı mənzil “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevaya verilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti