Bakı Ermənistanın paytaxtı kimi göstərildi

Bakı Ermənistanın paytaxtı kimi göstərildi
  25 İyul 2013    Oxunub:1414
Ölkəmizin ABŞ-dakı səfirliyinə səhvin düzəldilməsi üçün təlimat verilib
ABŞ-ın New York Times qəzetində Azərbaycanın paytaxtı Bakı Ermənistanın paytaxtı kimi göstərilib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, artıq ölkəmizin ABŞ-dakı səfirliyinə yol verilən səhvin düzəldilməsi barədə təlimat verilib.

Qeyd edək ki, New-York Times qəzetinin rəsmi internet səhifəsinin hava proqnozu bölümündə Bakı həm Azərbaycanın, həm də Ermənistanın paytaxtı kimi təqdim olunub.

S.Həsənova


Teqlər:  





Xəbər lenti