ABŞ səfirliyi : “Mətbuata açıqlama veriləcək”

ABŞ səfirliyi : “Mətbuata açıqlama veriləcək”
  02 Avqust 2013    Oxunub:1265
Azərbaycandakı səfirliyin də bağlanmaq təhlükəsi varmı?
ABŞ Dövlət Departamenti bütün dünya ölkələri üzrə bir sıra diplomatik missiyalarının fəaliyyətini dayandırmaq qərarına gəlib. ABŞ-ın xarici siyasət idarəsinin mətbuat katibi Meri Xarf belə bir bəyanatla çıxış edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev AzVision.az-a açıqlamasında bildirib hələki heç bir açıqlama verə bilməz : “Məlumat olan kimi mətbuata açıqlama veriləcək”

Qeyd edək ki, ABŞ Dövlət Departamentin nümayəndəsi qeyd edib ki, səfirliklərin bağlanması “ABŞ hökumətinin öz əməkdaşlarına, və səfirliyə müraciət edənlərə qayğısından irəli gəlir”.
Bununla belə, Xarf Amerikanın konkret olaraq hansı ölkələrdəki səfirliklərinin bağlanacağı barədə heç bir söz deməyib. O, bu barədə hələki məlumat verilməyəcəyini bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti