Bakı sakinləri haradan geyinir? - Maraqlı sorğu

Bakı sakinləri haradan geyinir? - Maraqlı sorğu
  29 İyul 2016    Oxunub:33040
ACT Azərbaycan 17-21 iyul tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.
Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər geyim almaq üçün bazarlara üz tutur (70%). Alış-veriş mərkəzləri 39% səslə ikinci yerdə qərarlaşıblar. Bahalı butiklərə gedənlər is 13.4 % səslə üçüncüdülər. Alış – veriş mərkəzlərindən kənarda yerləşən mağazalardan geyim alanlar isə 10% təşkil edir. Onlayn alış veriş edənlər 7.8% səslə sıralamaya qoşulublar. Bazarlıq üçün xaricə uz tutanlar isə 4 %-dir.

Geyim almaq üçün bazarlara üz tutanlar əsasən yaşlı nəslin nümayəndələridir. Belə ki, 65 yaş və daha çox yaşı olanlar (89.4) geyim almaq üçün bazarlara gedirlər. Gənc nəslin nümayəndələri isə (18-24yaş) əsasən alış veriş mərkəzlərinə (36.4%) üz tuturlar. Orta nəslin nümayəndələri (35-44yaş) geyim almaq üçün ya butikləri (10.2%), ya da xarici ölkələri ( 8.5%) seçirlər.

Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər ayaqqabı almaq üçün bazarlara üz tutur (65.3%). Alış veriş mərkəzlərini seçənlər 32.7% təşkil edir. Bahalı butiklərdən ayaqqabı alanlar 13.6 %dir. Alış veriş mərkəzlərindən kənarda yerləşən brend mağazaları isə respondentlərin 11.4%-i seçir. Ayaqqabılarını onlayn şəkildə alanlar respondentlərin 5.8%-ni təşkil edir.

Bazarlardan ayaqqabı alanlar yaşlı nəslin nümayəndələridir. 65 və daha artıq yaşı olan respondentlər ayaqqabı almaq üçün bazarlara daha cox gedirlər (89.4%). Gənclər isə (18-24 yaş) alış veriş mərkəzlərini (31%) və mollardan kənarda yerləşən brend mağazaları (7.5%) daha münasib bilirlər. İnternetlə ayaqqabı alanlar isə əsasən 18-34 yaş aralığında olan respondentlərdir. Butiklərdən (12.4%) və xarici ölkələrdən (8.5%) ayaqqabı alanlar isə 35-44 yaş aralığında olan sakinlərdir.

Sorğu 17-21 iyul tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti