QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan edib
  06 Avqust 2013    Oxunub:1292
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
AzVision.az xəbər verir ki, qalib gələn loqo layihəsi üçün mükafat fondu 3 min manatdır. Müsabiqəyə təkliflərin həm elektron, həm də çap formasında təqdim edilməsi tələb edilir. Göndəriləcək loqo təklifləri üçün əsas şərtlər onun Şuranın missiyasını yaradıcı şəkildə əks etdirməsi və texniki cəhətdən standartlara uyğun olmasıdır. Layihə təkliflərinin göndərilməsi üçün son müddət sentyabrın 25-dir.

AzVision.az


Teqlər:





Xəbər lenti