2 milyon ton Azərbayacan nefti dünya bazarında

2 milyon ton Azərbayacan nefti dünya bazarında
  07 Avqust 2013    Oxunub:1169
İyul ayında Ceyhan limanından 2,4 milyon ton neft dünya bazarlarına çıxarılıb.
AzVision.az xəbər verir ki, 2013-cü ilin iyul ayı ərzində 2 milyon 448 min 233 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 791 min 146 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).
Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 17 milyon 452 min 251 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 221 milyon 119 min 205 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti