Kosmosdan yeni təhlükə var

Kosmosdan yeni təhlükə var
  10 Avqust 2013    Oxunub:1425
Yer planetinə doğru 10 mindən çox asteroid yaxınlaşmaqdadır.
NASA–nın yaydığı rəsmi məlumatda bildirilir ki, onların arasında diametri bir neçə kilometrədək olanları da var. Yerin bu kosmik obyektlərin içərisindən keçməsi nəticəsində 1 saat ərzində atmosferə 100-ə yaxın meteorit daxil olacaq ki, bununla da şiddətli meteorit yagışı müşahid ediləcək. Proses avqustun 11-i günorta saatlarından başlayaraq avqustun 13-dək davam edəcək.

Mütəxəssislər isə bildirir ki,Yer planeti müəyyən müddətdən bir ağ yolun yaxınlıqlarından keçir. Yaxınlaşmaqda olan kosmik obyektlər də ağ yol ilə əlaəqəlidir. Bu artıq min illərdir ki, belə davam edir və heç vaxt yer üçün təhlükəli olmayıb.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti