Alimlər su ilə zəngin planet tapıblar

Alimlər su ilə zəngin planet tapıblar
  24 Yanvar 2017    Oxunub:2815
Almaniyanın Kil Universitetinin alimləri su ilə bol olan planet tapıblar.

AzVision.az Azərtac-a istinadla xəbər verir ki, planetdə su çox olduğundan mütəxəssislər kosmik cismin daxilində həyatın mövcudluğunu güman edirlər. “Daily Mail” yazır ki, tədqiqatçılar su ilə dolu planeti Yerdən 39 işıq ili uzaqlıqda aşkarlayıblar. Yerdən böyük olan və “GJ1132B” adlanan yeni planetin öz atmosfer mühiti var. Buna görə də alimlər belə nəticə çıxarıblar ki, orada su ola bilər.

Kosmik cisimdə atmosferin axtarışı planetlərin aşkarlanmasında istifadə olunan “tranzit” metodun köməyi ilə aparılıb. Bu barədə tədqiqatçılar komandasının başçısı Con Coutvort məlumat verib.

AzVision.az


Teqlər:





Xəbər lenti