AMEA vulkan püskürməsini araşdırır

AMEA vulkan püskürməsini araşdırır
  07 Fevral 2017    Oxunub:2825
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə qeydə alınan vulkan püskürməsi ilə bağlı açıqlama yayıb.
AMEA-dan AzVision.az-a verilən xəbərə görə, ötən gün Azərbaycan ərazisində 2 vulkan püskürməsi baş verib. Belə ki, fevralın 6-da Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi baş verib. Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də qeydə alınıb.

“Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib. “Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir.

AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti