Qan qrupu xəstəliklərin göstəricisi ola bilər

Qan qrupu xəstəliklərin göstəricisi ola bilər
  24 Avqust 2013    Oxunub:2189
Harvard Universitetinin almləri bu fikirdədirlər.
Harvard Universitetinin alimlərinin 20 il ərzində apardıqları tədqiqat nəticəsində məlum olub ki, qan qrupu xəstəliklərin göstəricisi ola bilər. Nadir qan qrupuna malik olan insanlarda damar xəstəlikləri riski yüksək olur. Alimlər müəyyən ediblər ki, belə insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir. Qan qrupları fərqli olur. AB qan qrupuna malik olanlarda ürək xəstəlikləri riski 23, B qrupuna malik olanlarda 11, A qrupunda isə 5 faiz çox olur. Çinsiyyətindən asılı olmayaraq araşdırmaların iştirakçıları eyni nəticələr göstərib. Amerikalıların 43 faizinin O, 57 faizinin isə A, B və ya AB qan qruplarına malik olduqları müəyyən olunub.

Araşdırmalara görə A qrupunda yüksək xolistirin, B qrupunda yüksək qan təzyiqi riski var. AB qan qrupuna malik olanlarda isə laxtalanma riski müəyyən edilib. Mütəxəssislərin sözlərinə görə tədqiqatın nəticələri AB, A və B qan qrupu daşıyıcılarının 100 faiz xroniki xəstəliklərə malik olacağı demək deyil. Araşdırmalar yalnız risk qruplarının müəyyən edilməsinə yardım edib.


Teqlər:





Xəbər lenti