Facebook 100 milyarda çatdı

Facebook 100 milyarda çatdı
  28 Avqust 2013    Oxunub:1378
“Facebook” sosial şəbəkəsinin kapitallaşma dəyəri “NASDAQ” birjasında 100 milyard dollara çatıb. Dünən hərracın bağlanması zamanı “Facebook”un bir səhminin qiyməti 40,55 dollar, kapitallaşdırma dəyəri isə 98,75 milyard dollar olub.
“Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir. İkinci rübün yekununa görə, “Facebook”un mədaxili 1,813 milyard dollar təşkil edib.

Aprel-iyun aylarında şirkətin əməliyyat gəliri 562 milyon dollar, xalis gəlir isə 333 milyon dollar olub. “Facebook” sosial şəbəkəsində 1,15 milyard istifadəçi qeydiyyatdan keçib.


Teqlər:





Xəbər lenti