Madonna ən varlı ulduzdur

Madonna ən varlı ulduzdur
  30 Avqust 2013    Oxunub:1488
Müğənni Madonna son il ərzində ən çox pul qazanan ulduzdur.
Forbes jurnalına əsasən, bu vaxt ərzində 55 yaşlı pop ulduzunun 125 milyon dollar pul qazandığı təxmin edilir. Bu, onun MDNA turu, paltar və ətir markalarının uğuru ilə əlaqələndirilir.
Jurnalda deyilir ki, 1999-cu ildə gəlirləri izləməyə başlayandan bu, Madonnanın bir il ərzində qazandığı ən böyük məbləğdir.

Ən çox qazananlar siyahısında ikinci yerdə isə 100 milyon dollar gəlirilə kinorejissor Steven Spielberg-dir.
Onun gəlirlərinin əksəriyyəti, ET və Jurassic Park kimi köhnə filmlərindən və keçən il Oscar mükafatı almış Lincoln filmindən gəlib.

Üçüncü yerdə 95 milyon dollar qazanan üç adam var: 50 Shades of Grey (Qreyin 50 çaları) romanının müəllifi EL James, britaniyalı prodüser və tanınmış şəxsiyyət Simon Cowell və amerikalı radio aparıcısı Howard Stern.

İlk 10-a daxil olan digər ulduzlar arasında Transformers filminin rejissoru Michael Bay (82 milyon dollar), prodüser Jerry Bruckheimer (80 milyon dollar) və müğənni Lady Gaga (80 milyon dollar) da var.
Forbes hər il nəşr etdiyi siyahını tərtib etmək üçün agentlər, menecerlər, prodüserlər və digərlərindən daxil olan məlumatlardan istifadə edir.
Rəqəmlər vergiləri, agentlərin haqqını və "ulduz olmağın digər xərclərini" nəzərə almır.

AzVision.az


Teqlər:  





Xəbər lenti