“Rezin Ördək” gecikir

“Rezin Ördək” gecikir
  03 Sentyabr 2013    Oxunub:1485
Sentyabrın 5-də Bakı Bulvarına gətirilməsi planlaşdırılan “Rezin Ördək”in təqdimatı təxirə salınıb.
Sərginin təşkilatçısı YARAT Müasir İncəsənət Mərkəzinin facebook səhifəsindən verilən məlumata görə, sərginin təxirə salınmasının səbəbi Bakıdakı küləkli hava şəraitidir :

“Təəsüflə nəzərinizə çatdırmaq istəyirik ki, qeyri-münasib hava şəraitinə görə 2013-cü ilin 5 sentyabr tarixində Bakı Bulvarında gözlənilən Hollandiya incəsənət xadimi Florentiyn Hofman tərəfindən ərsəyə gətirilən “Rezin Ördək” əsərinin təqdimat mərasimi təxirə salınır. Əfsuslar olsun ki, küləkli hava və dalğalı dəniz Bizi “Rezin Ördəyin” suya buraxılmasından çəkindirdilər. Bununla əlaqədər olaraq 4 sentyabr 2013 ildə Beynəlxalq Muğam Mərkəzində kecirilməsi planlaşdırılan, Florentin Hofmanın `Həyatdan da üstün` adlı mühazirəsi də təxirə salınır”.




Teqlər:  





Xəbər lenti