İnternetdə 739 milyondan çox sayt var

İnternetdə 739 milyondan çox sayt var
  07 Sentyabr 2013    Oxunub:1333
İnternetdə 739 milyon 32 min 236 sayt fəaliyyət göstərir.
“Netcraft” analitik şirkətinin sentyabrın 1-nə olan məlumatına əsasən, internetdə 739 milyon 32 min 236 sayt fəaliyyət göstərir. Bu da ötən ayla müqayisədə 22,2 milyon çoxdur. Son ayda “Nginx” veb-serveri xidmət göstərdiyi saytların bazasını 7,4 milyon artırmış və hazırda onun bazası internetdə fəaliyyət göstərən saytların 15 faizini təşkil edir.

Bu yaxınlarda “Nginx” tərtibatçıları sözügedən veb-serverin kommersiya versiyasını istifadəyə veriblər.

Bildirilir ki, son ayda “Apache” veb-serveri tərəfindən xidmət göstərilən saytların sayı 9,7 milyon artmış və hazırda onun bu seqmentdə payı 64 faiz təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti