Nazir məktəb direktorlarının maaşından danışdı

Nazir məktəb direktorlarının maaşından danışdı
  11 Sentyabr 2013    Oxunub:1082
Yeni tədris ilində ilk dərs vətənpərvərlik mövzusuna həsr olunacaq.
AzVision.az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransında ictimaiyyətə məlumat verib.

Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verdiyini bildirib.

Sevinc


Teqlər:  





Xəbər lenti