Rusiya elitaları: “Putin döyüşməyi xoşlayır”
Nəşrin həmsöhbətlərinin fikrincə, Tramp administrasiyası ilə danışıqlardan gözləntilərin səviyyəsi xeyli azalıb. Müharibədən həzz alan Rusiya prezidenti Valdimir Putin isə güzəştə getmək niyyətində deyil. Çünki o, Ukraynanın “işini bitirə biləcəyinə” inanır.
“Prezident döyüşməyi sevir, buna həvəs duyulur. Sona qədər əzə bilərsənsə, niyə yarı yolda dayanasan”, - guya Putinin məntiqini Rusiya prezidentinin administrasiyasına yaxın olan mənbə izah edib.
Portalın digər həmsöhbətinin sözlərinə görə, Putin güzəştə getməyə hazır deyil və Ukraynanın dörd vilayətinin - Donetsk, Luqansk, Zaporojye və Xersonun bütün ərazisini tutmaq tələbində israrlıdır. Halbuki, onun ordusunun heç biri bu vilayətlərə tam nəzarət etmir.
- Trampın şərtləri fərqlidir. Güzəştin harada olduğu bəlli deyil”, - mənbə bildirib.
“Meduza”nın həmsöhbətləri bildiriblər ki, Rusiya elitası arasında ilk növbədə güc strukturlarının yüksək rütbəli məmurlarının daxil olduğu “Vətənpərvərlər Partiyası”, səfərbərliyin yeni mərhələsi, eləcə də ölkənin tamamilə müharibə vəziyyətinə keçirilməsi üçün lobbiçiliyi davam etdirir. Lakin Qərbin sanksiyalarından getdikcə daha çox zərbə alan Rusiya iqtisadiyyatının müharibə rejimində nə qədər duruş gətirəcəyi bəlli deyil.
“Hələlik əksər şirkətlər birtəhər fəaliyyət göstərir, hamının əhval-ruhiyyəsi şəndir. Bəziləri hətta böyüyür. Amma bu, kannibalizm - gedən xarici şirkətlərin aktivləri, zəif şirkətlər hesabına baş verir. Eyni zamanda, hamı başa düşür ki, bu hekayə sonuncudur. Şübhəsiz ki, bundan yaxşı olmayacaq”, - Rsuiya presidentinin administrasiyası və böyük bizneslə işləyən texnoloqlardan biri iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Putin elitalar müharibə