ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi “ən qısa müharibə” ola bilər

   ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi    “ən qısa müharibə”    ola bilər
  10 Yanvar 2025    Oxunub:359
Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp dövründə Qrenlandiyanın hərbi yolla ABŞ-yə birləşdirilməsi bəşər tarixinə ən qısa silahlı münaqişə kimi düşə bilər.
AzVision.az xəbər verir ki, analitiklərin qiymətləndirmələrinə istinadən “Politico” nəşrinin təqdim etdiyi materialda belə versiya irəli sürülür. ABŞ ordusunun artıq 1940-cı illərdən Qrenlandiyada olamsı əsasında mütəxəssilər belə qənaətə gəliblər.

“Rəsmi olaraq, onların adada qalmaları 1951-ci ildə ABŞ və Danimarka arasında bağlanmış müqavilədə öz əksini tapıb. Eyni zamanda, Qrenlandiyada 10 min nəfərə qədər kontingentin və nüvə silahı daşıya bilən strateji bombardmançıların yerləşdirildiyi Arktika bölgəsindəki ən böyük aviasiya bazası olan “Tule” yaradıldı. 2023-cü ildə bu aviabaza raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarət vəzifələrini yerinə yetirən “Pituffik” kosmik bazası adlandırıldı”, - qəzetdə dərc olunan materialda vurğulanır.

“Politico” bildirir ki, müqaviləyə əsasən, Birləşmiş Ştatlar Qrenlandiyanın istənilən hücumdan müdafiəsini öz öhdəsinə götürüb, çünki Danimarka Silahlı Qüvvələri kənardan kömək olmadan potensial təcavüzkarı dəf edə bilməz.

- Danimarka yaxşı bilir ki, Qrenlandiyanı təkbaşına heç kimdən qoruya bilməz. Sual amerikalıların kimlə döyüşəcəyindədir? Öz hərbçiləri ilə? Onlar artıq oradadırlar”, - qəzet Kopenhagen Universitetinin Hərbi Araşdırmalar Mərkəzinin baş elmi işçisi Kristian Sobi Kristensenin sözlərini sitat gətirir.

Hələ ilk prezidentliyi dövründə Donald Tramp 2019-cu ildə Danimarkanın bir hissəsi və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ABŞ-nin ala biləcəyini açıqlamışdı. Danimarka Kral Müdafiə Kollecinin dosenti Mark Yakobsenin fikrincə, Trampın təklifi Danimarkanı Qrenlandiyanı dəstəkləmək üçün müdafiə büdcəsindən daha çox vəsait ayırmağa məcbur etmək istəyindən irəli gəlir.

Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar
Üç gün əvvəl isə Donald Tramp milli təhlükəsizliyin təminatı, habelə Çinin və Rusiyanın yaratdığı təhdidlərdən qorunmaq üçün adanın ABŞ-nin bir hissəsi olması iddiasını yenidən irəli sürdü. 2019-cu ildə olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu fikrin absurd olduğunu bəyan ediblər. Amma bir sıra tarixi faktlar və məqamlar heç bir ssenarini istisna etmir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   ABŞ   Qrenlandiya   müdaxilə  





Xəbər lenti