"Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hazırdır"

   "Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hazırdır"
  10 Yanvar 2025    Oxunub:277
"Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır".
AzVision.az xəbər verir ki, bunu Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Azərbaycan-Litva əlaqələrinin tarixində hər iki ölkənin və xalqlarının bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını deyib.

O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğulayıb.

AzVision.az





Teqlər: Litva   Azərbaycan   Səfir  





Xəbər lenti