"Türkiyənin Suriyada terrorçulara qarşı hərbi əməliyyatları zəruriyyətdir" - ŞƏRH

 "Türkiyənin Suriyada terrorçulara qarşı hərbi əməliyyatları zəruriyyətdir" -   ŞƏRH
  10 Yanvar 2025    Oxunub:295
Xəbər verdiyimiz kimi, Türkiyə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində ölkənin şimal-şərqində daha da qızışan "PKK" terror təşkilatına mənsub kürd separatçılarına qarşı genişmiqyaslı əməliyyat keçirmək üzrə hazırlıq işləri görür.
Türkiyənin "Hüriyyet" qəzetinin yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın bir müddət əvvəl Suriyadakı kürd PKK yaraqlılarına ultimatum verdiyini açıqlayıb.

Maraqlıdır, region ölkələri və beynəlxalq aktorlar (ABŞ, NATO) Türkiyənin bu əməliyyatlarına necə reaksiya verəcəklər?

Məsələ ilə bağlı AzVision.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Türkiyənin Suriyada terrorçulara qarşı genişmiqyaslı əməliyyatları zəruri xarakter daşıyır.

Onun sözlərinə görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra PKK-nın bağlantıları qalıb:

Türkiyə XİN : Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq
"Onlar Suriya ordusuna qarşı fəaliyyət göstərirlər. ABŞ isə hərbi siyasi dəstək verir. Həmin kürd qruplaşmalarını regiondan çıxarmaq lazımdır. Ankara da bu istiqamətdə praktiki addımlar atır. O cümlədən, prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsi zamanı qeyd etmişdi ki, Türkiyə ilə Suriya həmsərhəd dövlətdir və öz təhlükəsizliyini təmin etməsi əhəmiyyətlidir. Bu baxımdan Türkiyənin addımları təqdir olunur. Hərbi əməliyyatlar Türkiyə üçün təhlükəsizlik risklərini aradan götürmək, təhdidləri sıfıra endirmək məqsədi daşıyır.

Eyni zamanda Azərbaycan Suriyanın yeni hökumətinə humanitar yardım göndərib. Bu da Azərbaycanın qardaşlıq və müttəfiqlik addımı kimi qiymətləndirilməlidir.

Region dövlətləri buna qarşı çıxmayacaqdır. Lakin ABŞ və NATO bu məsələdə öz etirazını bildirəcək. Çünki uzun illər ərzində yaranan geosiyasi vəziyyəti Türkiyə dəyişmək istəyir. Hesab edirəm ki, Türkiyə fəaliyyətində kifayət qədər haqlıdır və doğru addımlar atıb milli maraqlarından çıxış edir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Türkiyə   Suriya  





Xəbər lenti