Dövlət qulluğu haqqında qanunvericilik dəyişir

Dövlət qulluğu haqqında qanunvericilik dəyişir
  14 Sentyabr 2017    Oxunub:3186
"Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlər və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, layihədə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni şərtlər müəyyənləşidirilib: "Bu da ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir. Dövlət qulluğu vəfizələri fərqli olduğu kimi, onların tutulması da fərqlidir.

B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluğu üzrə qanunvericiliyə dəyişikliklər etməklə normativ-hüquqi baza formalaşdırılır: "Hesab edirik ki, oktyabrda birinci test imtahanlarını keçirəcəyik. Bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq. Dövlət qulluğuna test imtahanlarında sertifikat almaq üçün müvafiq keçid balları olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   dövlətqulluğu  





Xəbər lenti