Pekin Vaşinqtona xəbərdarlıq edib

Pekin Vaşinqtona xəbərdarlıq edib
  26 Dekabr 2024    Oxunub:343
Birləşmiş Ştatların Tayvana verdiyi Amerikanın “Abrams” tankları silahlı münaqişə vəziyyətində kömək etməyəcək və “hərəkət edən hədəfə” çevriləcək.
AzVision.az xəbər verir ki, Çinin Müdafiə nazirliyinin təmsilçisi Çjan Syaoqan belə bəyanatla çıxış edib.

“Müstəqillik axtarışında Birləşmiş Ştatlara yaltaqlanmaq və güc hesabına yenidən birləşmədən imtina etmək uğursuzluğa məhkumdur. Amerika hərbi texnikasının bir neçə vahidi xilasedici saman çöpü yox, sadəcə döyüş meydanında hərəkət edən hədəf olacaq”, - Çjan Syaoqan iddia edib.

Çin rəsmisi adanın müstəqilliyi tərəfdarlarının “separatçı sui-qəsd”ini və üçüncü qüvvələrin müdaxiləsinin qarşısını almaq üçün Pekinin hərbi təlimləri hərtərəfli şəkildə gücləndirəcəyini vurğulayıb.

Çin Tayvana görə ABŞ-yə qarşı yeni sanksiyalar tətbiq edib
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Tayvana 571 milyon dollar məbləğində hərbi yardım edilməsi barədə göstəriş vermişdi. Bu hərbi dəstək çərçivəsində ABŞ-nin Müdafiə nazirliyi tərəfindən Tayvana “hərbi təlim və təhsil” daxil olmaqla xidmətlər də təqdim olunacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   ABŞ   xəbərdarlıq  





Xəbər lenti