ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycana kömək təklif etdi

   ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycana kömək təklif etdi
  26 Dekabr 2024    Oxunub:330
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu barədə diplomat "X"də yazıb. “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələrilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti