HƏMAS: "Atəşkəs sazişi imzalanmasa, əsirlərin tam siyahısını verə bilməyəcəyik"
"Yalnız Qəzza zolağında atəşkəs başlayacağı, beləliklə, digər qruplarla ünsiyyət asanlaşacağı təqdirdə sözügedən siyahını verə biləcəyik", - o deyib.
Digər tərəfdən, ötən gün İsrail tərəfi bildirmişdi ki, HƏMAS əsirlərlə bağlı məlumat verməkdən boyun qaçırır.
Qəzet həmçinin məlumatlı mənbəyə istinadən yazır ki, gözlənilən atəşkəsin ilk mərhələsində ABŞ vətəndaşlığına malik iki hərbçi ilə iki Rusiya vətəndaşının azadlığa buraxılmaları nəzərdə tutulur.
Eyni zamanda, qəzetə Misir tərəfindən açıqlama verən başqa bir mənbənin iddiasına əsasən, atəşkəs üzrə danışıqlar "tezliklə müsbət istiqamətdə başa çatacaq".
Firudin Həmidli
AzVision.az
Teqlər: HƏMAS İsrail əsirlər siyahı