"Təyyarə qəzasından sağ çıxan rusların vəziyyəti ağırdır" - Kuznetsov

   "Təyyarə qəzasından sağ çıxan rusların vəziyyəti ağırdır"    - Kuznetsov
  26 Dekabr 2024    Oxunub:376
"Həkimlər Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanmış 3 rusiyalının vəziyyətini son dərəcə ağır qiymətləndirirlər. Bütün zərərçəkənlər Moskvanın aparıcı tibb mərkəzlərinə və xəstəxanalarına yerləşdiriləcək".
Bu barədə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.

Azərbaycan səfiri Rusiya ictimaiyyətinə həmrəyliyə görə təşəkkür edib
“Rusiya Səhiyyə Nazirliyinin Fəlakətlər üzrə Federal Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan müayinə və araşdırmaların nəticələrinə əsasən, Aktauda qəzaya uğrayan təyyarədə xəsarət alan 3 rusiyalının vəziyyəti son dərəcə ağır, bir xəstənin vəziyyəti isə ağır qiymətləndirilir. Bir uşaq da daxil olmaqla, daha beş nəfərin vəziyyəti orta ağırdır”,- o qeyd edib.

Kuznetsov qeyd edib ki, zərərçəkənlər Rusiya Səhiyyə Nazirliyinin aparıcı federal tibb təşkilatlarının xəstəxanalarında, eləcə də Moskva Səhiyyə Departamentinin tibb müəssisəsində müalicə olunmaq üçün Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə təxliyə edilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qəza  





Xəbər lenti