Qazaxıstan AZAL təyyarəsinin “vurulması” xəbərini təkzib edib

   Qazaxıstan AZAL təyyarəsinin  “vurulması”  xəbərini təkzib edib
  26 Dekabr 2024    Oxunub:421
Qazaxıstan Senatının sədri Maulen Aşimbayev Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə bağlı diqqət çəkən açıqlamalar verib.
"İnformbüro" agentliyinin yaydığı məlumata görə, o, təyyarənin atəşə tutulması ilə bağlı mediada yayılan məlumatları spekulyasiya adlandırıb.

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda komissiya yaradılıb
Aşimbayev qeyd edib ki, təyyarənin qəzaya uğrama səbəbi hələ müəyyən edilməyib və bu işə Qazaxıstan, Azərbaycan və Rusiyanın müvafiq strukturlarının nümayəndələri cəlb olunub.

Spiker onu da vurğulayıb ki, fotoşəkillərdən hər hansı nəticə çıxarmaq düzgün deyil. Bütün bunlar sadəcə fərziyyədir və təyyarənin atəşə tutulması ilə bağlı deyilənlər əsassızdır.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan   Qəza   Təyyarə  





Xəbər lenti