Müəllimlərin əlavə yerləşdirilməsinin nəticələri açıqlandı

Müəllimlərin əlavə yerləşdirilməsinin nəticələri açıqlandı
  14 Sentyabr 2017    Oxunub:2513
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu mərhələdə 933 nəfər müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 nəfər müəllim bu mərhələdə iş yerini dəyişib.

"Müsahibədən uğurla keçərək müəllim adını qazanan namizədlər sentyabrın 15-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilir.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4454 nəfər müəllim adını qazanıb.

Ötən və cari tədris ilində keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müvafiq keçid balını toplamış şəxslər barədə məlumatlar rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi saytında yerləşdirilib. Ümumi təhsil müəssisələrində boş qalan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul zamanı bal ardıcıllığı nəzərə alınmaqla həmin məlumatlardan istifadə olunması nəzərdə tutulub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   müəllim  





Xəbər lenti