Nizami Cəfərov: “Adlarla bağlı qanuna ehtiyac var”

Nizami Cəfərov: “Adlarla bağlı qanuna ehtiyac var”
  17 Sentyabr 2013    Oxunub:1499
“Soyadlarla bağlı məsələyə Nazirlər Kabinetində baxılır”.
AzVision.az-a açıqlamasında bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib. Onun sözlərinə görə, parlamentin payız sessiyasında adlar və soyadlarla bağlı qanun layihəsi olmayacaq.

“Amma bu məsələni komitədə müzakirə etməyi düşünürük. Bu məsələ daha çox Nazirlər Kabinetinə aiddir, orada baxılır. Yəni bununla bağlı xüsusi sənəd qəbul olunacaq, Nazirlər Kabinetinə tövsiyyələr hazırlanıb verilib ki, hansı soyadlar formaları istifadə olunmalıdır, nə zamandan başlayaraq yeni doğulan uşaqlara bu soyadlar verilə bilər. Artıq müyyən yaşı olan insanlar necə soyad formalarını dəyişdirə bilər? bu işlərlə Nazirlər Kabineti məşğul olur”-deyə, Nizami Cəfərov qeyd edib.

Deputat bildirib ki əgər ehtiyac olarsa Milli Məclisdə də yenidən müzakirə oluna bilər: “Çünki biz fikirləşirik ki, burada həm ad, həm də soyad, ata adları məsələsi var. Şəxs adları ilə bağlı çoxlu problemlər var. Yəni mən bilən onunla bağlı ayrıca qanuna ehtiyac olacaq. Amma payız sessiyasında nəzərdə tutulmayıb”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti