Debatda Cəmil Həsənliyə ölümcül zərbə - VİDEO

Debatda Cəmil Həsənliyə ölümcül zərbə - VİDEO
  18 Sentyabr 2013    Oxunub:1772
`Siz 1952-ci ildə anadan olmusunuz, qanunla 2 il sonra pensiyaya çıxmalısınız, amma 2011-ci ilin 6-cı ayından pensiya alırsınız. Nəyə əsasən? Ya etiraf etməlisiniz ki, pensiya orqanlarını aldatmısınız və fırıldaq yolu ilə 2000 manat pensiya alırsınız, ya çoxuşaqlı anasınız, ya da əlilsiniz`.

AzVision.az xəbər verir ki, bu sözləri prezidentliyə namizədlərin İTV-də keçirilən debatlarında İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə söyləyib.

Əli Əhmədovun nümayiş etdirdiyi sənədlərdən məlum olub ki, Cəmil Həsənli özünü yalandan şikəst kimi qeydə aldırıb. Məqsəd sonuncu iş yerindən - Milli Məclisdən yüksək məbləğdə pensiya almaqdır. Keçdiyi həkim ekspertizasına görə, onun guya gözləri görmür və ancaq məhdud əmək qabiliyyəti var.

`Siz heç Cəmil Həsənlini eynək taxan görmüsünüzmü?`,- deyə Əli Əhmədov sual edib.

Qeyd edək ki, debatda da Cəmil Həsənli eynəksiz idi.

AzVision.az/




Teqlər:  





Xəbər lenti