Milli Şura üzvləri Meriyaya dəvət edilib - EKSKLÜZİV

Milli Şura üzvləri Meriyaya dəvət edilib - EKSKLÜZİV
  18 Sentyabr 2013    Oxunub:1104
Bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuraya cavab verəcək.

Bu barədə AzVision.az-a İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti mitinq təşkilatçıları ilə əlaqə saxlayıb.

-Onları Bakı Şəhər İcra Hakimiyyətinə dəvət etmişik, saat 14:00-da cavab məktubunu hazırlayıb, təhvil verəcəyik.

Qeyd edək ki, Milli Şuranın Mitinq Komitəsi Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda vahid namizəd Cəmil Həsənlinin sentyabrın 22-də seçicilərlə görüşünə yer ayrılması üçün BŞİH-ə və Yasamal Rayon İcra Hakimiyyətinə müraciət göndərib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti