“Söyün Sadıqov Azərbaycanda çevriliş edə bilməz” - YAP

“Söyün Sadıqov Azərbaycanda çevriliş edə bilməz” - YAP
  02 Mart 2013    Oxunub:2264
YAP rəsmisi “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun müsahibəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmədiyini bildirib.
“Söyün Sadıqov özü də yaxşı bilir ki, Rusiyanın əlində bir alətdir. O özünə aid olmayan, bacarmadığı qaranlıq işlərlə məşğuldur. Bu çıxışla da özünü sığortalamağa çalışır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

YAP rəsmisi “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun Gürcüstan prezidenti Mixail Saakalvilinin dünənki bəyanatı ilə bağlı “Rustavi 2” telekanalına verdiyi müsahibənin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmədiyini söyləyib.

“Saakaşvilinin söylədiyi fikirlər onun özünə məxsusdur. Azərbaycan tərəfinin bu çıxışla əlaqələndirilməsi doğru deyil. Söyün Sadıqov başqalarının əlində alət rolunu oynayır. O, Gürcüstana və Azərbaycana qarşı Rusiyanın müəyyən dairələri tərəfindən istifadə olunur. Söyün Sadıqovun bu cür çıxış eləməsi özünü sığortalama xarakteri daşıyır. O neqativ fəaliyyətlə məşğuldur. Söyün Sadıqov özünə aid olmayan, bacarmadığı işlərlə məşğuldur. O özü də yaxşı bilir kim tərəfindən idarə olunur. Ona görə də, Söyün Sadıqovun Azərbaycan hakimiyyəti haqda dediyi fikirlər cəfəngiyyatdır. Biz bu cür adamları zamanında aşkarlayıb ictimaiyyətə təqdim eləmişik. Onun Rusiyada yaşayan azərbaycanlılar içində də nüfuzu yoxdur”,-deyə M.Qurbanlı bildirib.

Millət vəkili Modern.az-a açıqlamasında Söyün Sadıqovun Azərbaycanda çevriliş edə bilməsinin mümkün olmadığını deyərək, Azərbaycan xalqının prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb:

“Söyün Sadıqov siyasət adamı deyil. Onun təfəkkürü siyasətdən çox uzaqdır. Yersiz çıxışlar edir, ümumilikdə Qafqazda gedən prosesləri anlamır. Qoy onlar da bilsinlər ki, Azərbaycan xalqı prezident İlham Əliyevin ətrafında sıx birləşib. Saakaşvilinin çıxışına Söyün Sadıqov kimi insan belə yanaşa bilməz. Onun hansı dairələrə qulluq elədiyi açıq şəkildə özünü göstərdi. Onun siyasi və mənəvi haqqı olmaya-olmaya ermənilərlə danışıqlar aparır. O bildirir ki, Azərbaycanın işğal olunan ərazilərini bir kənara qoyaq, ermənilərlə əməkdaşlıq edək. O, qaranlıq və şübhəli yerlərdə adı hallanan adamdır. Onun yaratdığı təşkilatın (“Milyarderlər İttifaqı” – red) tərkibinə də baxın, orada çox müəmmalı adamlar görəcəksiniz. Sadıqovun personası bizim üçün əhəmiyyət kəsb eləmir”.

Qeyd edək ki, “Azerros”un sabiq prezidenti, Moskvadakı “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Gürcüstan prezidenti Mixail Saakaşvilnin onun Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə ittihamını sərt formada cavablandırıb. Gürcüstanın “Rustavi 2” telekanlına müsahibəsində “Milyarderlər İttifaqının” üzvü olan S.Sadıqov bəyan edib ki, heç vaxt regionda separatizmi dəstəkləməyib.

“Təxribatlara uymayın. Saakaşvili hakimiyyəti itirməkdədir və bilmir ki, nufuzunu necə saxlasın. Bakıdan qayıdandan sonra Saakaşvili indi belə nəğmələr oxuyur. Əgər sən Gürcüstanın prezidentisənsə və vətəndaşlar sənin üzərinə belə məsuliyyət qoyublarsa, onların (Bakının-red.) təsirinə düşməməli idin. Saakaşvilinin bəyanatı separatizmə, ekstremizmə və qan axıdılmasına çağırışdı”-deyə S. Sadıqov bildirib.


Teqlər:  





Xəbər lenti