İdxalı ƏDV-dən azad edilən malların sayı artırılıb

İdxalı ƏDV-dən azad edilən malların sayı artırılıb
  07 Aprel 2025    Oxunub:376
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişlənib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Bu siyahıya elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri daxil edilib.

Bu malların idxalı 2027-ci il yanvarın 1-dək ƏDV-dən azad olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti