Güclü maqnit qasırğaları gözlənilir

   Güclü maqnit qasırğaları gözlənilir
  07 Aprel 2025    Oxunub:447
Aprel ayında Yerin maqnit sahəsində bir neçə güclü geomaqnit qasırğası proqnozlaşdırılır.
AzVision.az xəbər verir ki, bu qasırğalar Günəşdə baş verən partlayışlar nəticəsində yaranan və Yerin maqnit sahəsinə təsir edən hadisələrdir. Ötən gün, 6 aprel tarixində gücü 6 bala çatan maqnit qasırğası baş verib. Proqnozlara görə, növbəti belə hadisə aprelin 9 və 10-da 5 bal gücündə baş verəcək.

Aprelin ayının sonunda (20 və 21-də) isə ən güclü maqnit qasırğası gözlənilir və onun gücü 6 bala çatacaq.

Maqnit qasırğaları hava şəraitinin dəyişməsinə həssas olan insanların sağlamlığına ciddi təsir göstərə bilər. Həmin günlərdə başağrısı və miqrendən tutmuş emosional qeyri-sabitliyə və iş qabiliyyətinin ümumi azalmasına qədər müxtəlif simptomlarla üzləşə bilərsiniz.

Orta intensiv maqnit qasırğaları dövründə insanlar yuxululuq və çaşqınlıq da daxil olmaqla daha az şiddətli, lakin nəzərəçarpacaq simptomlarla qarşılaşa bilərlər. Həkimlər bu günlərdə sağlamlığınıza xüsusi diqqət yetirməyi və lazım gələrsə, adi gündəlik rejiminizi tənzimləməyi tövsiyə edirlər.

AzVision.az


Teqlər: Qasırğa   Maqnit  





Xəbər lenti