Peskov: "Rusiya ABŞ və İran arasında danışıqları alqışlayır"

      Peskov:    "Rusiya ABŞ və İran arasında danışıqları alqışlayır"
  08 Aprel 2025    Oxunub:679
"Rusiya ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə əlaqədar həm birbaşa, həm də dolayı danışıqları dəstəkləyir
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, rəsmi Moskva bu danışıqların "tərəflər arasındakı gərginliyin azaldılmasına töhfə verəcəyini proqnozlaşdırır".

"Rusiya diplomatik və siyasi həlli dəstəkləyir", - o deyib.
Vitkof Əraqçi ilə görüşəcək

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun rəhbərliyində heyət şənbə günü Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Tehranın nüvə proqramı ilə əlaqədar müzakirələr aparacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti