Nazirlikdən yağışla bağlı məlumat
Bakı şəhərində yerləşən hidrometeoroloji stansiyaların
məlumatına əsasən 4 saat ərzində düşən yağışın miqdarı 30-33 mm təşkil edib ki, bu da aylıq normanın 174-192 faizidir.
Çoxillik meteoroloji məlumatlara əsasən Bakı şəhərində sentyabr ayı üçün yağıntının sutkalıq rekord göstəricisi 1980-ci ildə qeydə alınmış və 12 saat ərzində düşən yağışın miqdarı 46 mm olub.