Bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək

Bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək
  14 Yanvar 2025    Oxunub:339
Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sədr Məzahir Pənahov deyib.

O qeyd edib ki, hazırkı dövrə olan məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 min nəfər ətrafındadır.

AzVision.az





Teqlər:





Xəbər lenti