3 yeni tibb kolleci yaradıldı
Yeni tibb kolleclərinin yaradılmasında məqsəd isə Səhiyyə Nazirliyinin təklifi ilə səhiyyə sahəsində orta tibbi kadr çatışmazlığını aradan qaldırmaqdır.
Yeni tibb kollecləri Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.
Həmçinin, Səhiyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın 1-ci hissəsi ilə yaradılmış kolleclərin pedaqoji və inzibati-xidmətedici kadrlarla, müvafiq maddi-texniki baza və binalar ilə təminatı, təhsil alacaq tələbələrin sayı, tələb olunan maliyyə vəsaitinin həcmi və fəaliyyəti ilə bağlı digər məsələlərin həlli barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilsin.