Hafiz Hacıyev: `Oğlum 3 ay öncə kreditə maşın götürüb`

Hafiz Hacıyev: `Oğlum 3 ay öncə kreditə maşın götürüb`
  14 Oktyabr 2013    Oxunub:1131
“Mənim oğlum 3 ay bundan öncə KİA motorsdan kreditə həm də kürəkənim adına maşın götürüb”.
AzVision.az-a açıqlamasında bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, mətbuatda haqqında yayılan məlumat tamamilə yalnışdır: “Oğlum kürəkənim adına həm də kreditə maşın götürüb. Kim istəyirsə KİA motorsa gedib yoxlada bilər. Oğlum hər ay 700 manat kredit pulu ödəyir” .

H.Hacıyev bu məlumatların yalan olduğunu söyləyib: “Hamısı tamamilə yalandır, şərdir böhtandır. O qüvvvələrdir ki, seçkidə Hafiz Hacıyevə uduzublar, bundan sonra mənim ünvanıma bu cür məsələləri çıxardacaqlar, məndə bunu təbii hesab edirəm”.

Qeyd edək ki, qaynar.info-nun yaydığı məlumata görə, Müasir Musavat partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevin oğlu Rauf Hacıyevə "Mercedes Benz SLS" hədiyyə ediblər.

Sevinc


Teqlər:  





Xəbər lenti