Təhsil Nazirliyi yeni layihəyə start verir
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunacaq “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə iştirak üçün layihələrin qəbulu elan edilib.
Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 20-dək müvafiq təkliflərini ənənəvi və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.
İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsində iştirak üçün göstərişlərlə buradan tanış ola bilərsiniz.
Teqlər: