Nazirlik :`Gülər Əhmədovanın səhhətində problem yoxdur`
Bu barədə jurnalistlərə açıqlamasında Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.
H. Əlixanovun sözlərinə görə, iki ay öncə, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin qəbulunu keçirib.
Həmin vaxt orada saxlanılan G. Əhmədova səhhəti ilə əlaqədar Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülməsini xahiş edib: "Biz də o müraciətlə bağlı Baş Səhiyyə İdarəsinə məlumat verdik. Onların mütəxəssisləri tərəfindən Gülər Əhmədova müayinə edildi. O, səhhətində heç bir problem olmadığına görə müalicə müəssisəsinə köçürülmədi".(trend)
Teqlər: