DİN futbol azarkeşlərinə müraciət etdi

DİN futbol azarkeşlərinə müraciət etdi
  15 Oktyabr 2013    Oxunub:1371
DİN Azərbaycan və Rusiya arasında keçiriləcək qarşılaşma ilə bağlı futbol azarkeşlərinə müraciət etdi.
AzVison.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının Rusiya yığması ilə keçiriləcək oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib ki, DİN bu gün Azərbaycan-Rusiya qarşılaşmasında azərbaycanlı futbol azarkeşlərini təmkinli olmağa, qayda-qanunlara hörmətlə yanaşmağa çağırır, kənardan təxribat xarakterli çağırışlara uymamağı tövsiyə edir.

E.Zahidov əmin edir ki, oyunda Azərbaycan və Rusiya komandalarının azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq və baş verə biləcək təxribatın qarşısı qətiyyətlə alınacaq.


Teqlər:  





Xəbər lenti