"Çin Ermənistanda AES tikintisinə dəstək göstərməyə hazırdır"

   "Çin Ermənistanda AES tikintisinə dəstək göstərməyə hazırdır"
  07 Aprel 2025    Oxunub:539
"Pekin, eyni zamanda, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsindəki nəqliyyat layihələrində Ermənistanın daha fəal iştirakında maraqlıdır".
Bu sözləri Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Min Çen "Sputnik Ermənistan"a müsahibəsində dilə gətirib. O diqqətə çatdırıb ki, ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümüdür.

"Bu baxımdan Çin Ermənistanda nüvə enerjisinin tikintisinə, inkişafına öz dəstəyini göstərməyə hazırdır. Bu sahədə müəyyən texnoloji üstünlüyümüzü, potensialımızı bölüşməkdə maraqlıyıq", - o deyib.

Məlumat üçün bildirək ki, mövcud "Metsamor" atom elektrik stansiyasının (AES) istismar müddətinin 2036-cı ildə başa çatması fonunda Ermənistan hökuməti ölkədə AES tikintisini planlaşdırır. Vurğulanır ki, gözlənilən enerji çatışmazlığının qarşısını almaq məqsədilə yeni stansiya sözügedən müddətədək tikilib fəaliyyətə başlamalıdır.

Min Çen, eyni zamanda, Pekin və İrəvanın nəqliyyat əlaqələrini gücləndirmək məqsədilə "Beynəlxalq avtomobil nəqliyyatı haqqında" hökumətlərarası sazişin imzalanması da nəzərdə tutulur.

"Ümidvarıq ki, yaxın vaxtlarda bu məsələ ilə əlaqədar konsensus baş tutacaq. İqtisadi, sosial və humanitar sahələrdə layihələr həyata keçirilir. Bu il baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti də ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlavə platforma kimi dəyərləndirilə bilər", - vəkil bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Ermənistan   münasibətlər  





Xəbər lenti