Ynet: "İsrail Qəzzaya yardım keçidlərini açacaq"

      Ynet:    "İsrail Qəzzaya yardım keçidlərini açacaq"
  07 Aprel 2025    Oxunub:458
"İsrail yaxın həftələrdə Qəzza zolağına humanitar yardım çatdırılmasına icazə verəcək".
Ölkənin "Ynet" xəbər saytının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, bu addımın məqsədi beynəlxalq hüquq pozuntularından və hərbi əməliyyatlara qoşulmuş komandirlərə qarşı mümkün hüquqi problemlərdən yayınmaqdır.
Qəzzadakı bütün çörək sexləri bağlanıb

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmamış, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Qəzza   humanitar-yardım  





Xəbər lenti