Azərbaycan 5-ci səbətdə
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan yığması Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Gürcüstan və Kipr komandaları ilə birlikdə beşinci səbətə düşəcə.
Püşkatma gələn ilin fevral ayında Fransanın Nittsa şəhərində keçiriləcək.
Birinci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina.
İkinci səbət: İsveç, Xorvatiya, Ukrayna, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya.
Üçüncü səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Monteneqro.
Dördüncü səbət: Ermənistan, Polşa, Finlandiya, Şotlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, İslandiya.
Beşinci səbət: Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr.
Altıncı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Hibraltar, Farer adaları.
Səbətlər UEFA-nın milli yığma komandalar üçün reytinqi əsasında tərtib edilib. Bu reytinqdə Azərbaycan 44-cü yeri tutur.
Onu da qeyd etməsək olmaz ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonundakı vəziyyətlə müqayisədə milli yığmamız Gürcüstan və Kipr komandalarını geridə qoyaraq iki pillə qalxıb.